Bakı şəhərində küçə, həyət, park və bağların abadlaşdırılması məqsədilə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “Xəzər-Construction” MMC arasında müqavilə imzalanıb. Razılaşmanın dəyəri 61 milyon 87 min 536 manat təşkil edir.
Müqavilənin imzalanması üçün zəruri prosedurlar artıq başa çatdırılıb. Sənədə əsasən, “Xəzər-Construction” MMC Bakı ərazisində bir sıra abadlıq və yenidənqurma işlərini yerinə yetirəcək.
Görüləcək işlərə şəhərin müxtəlif hissələrində yerləşən səkilərin, həyətlərin, park və bağların təmiri daxildir. Müqavilədə işlərin dəqiq həcmi və icra müddəti barədə əlavə təfərrüat açıqlanmayıb.
