Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra həyatını itirib. O, 54 yaşında idi və son vaxtlar Milli Onkologiya Mərkəzində müalicə alırdı.
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti bir neçə həftə əvvəl kəskin pisləşməyə başlamışdı. Oktyabrın 18-də həkimlər onu Yeni Klinikaya yerləşdirmiş, lakin vəziyyətinin ağırlaşması üzündən daha sonra Milli Onkologiya Mərkəzinə köçürülməsi qərara alınmışdı.
Son günlərdə o, süni tənəffüs cihazına bağlı şəkildə müalicə olunurdu. Ehtiram Əliyev bu gün Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.
Mərhumun dəfn mərasimi noyabrın 16-da keçiriləcək, o, İkinci Fəxri xiyabanda dəfn edilərək son mənzilə yola salınacaq.
