Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisi ilin əvvəlindən 20 min 474 nəfər artaraq 2026-cı il oktyabrın 1-inə 10 milyon 282 min 825 nəfərə yüksəlib. Artım 0,2 faiz təşkil edib.
Statistikaya görə, əhalinin 54,3 faizi şəhərlərdə, 45,7 faizi isə kənd yerlərində yaşayır. Cins bölgüsündə qadınların payı 50,2 faiz, kişilərin payı isə 49,8 faiz olub.
İqtisadi rayonlar üzrə bölgüdə ən böyük pay Bakıya düşüb — ölkə əhalisinin 22,9 faizi paytaxtda yaşayır. Onu 9,3 faizlə Lənkəran-Astara və 8,6 faizlə Abşeron-Xızı iqtisadi rayonları izləyir.
Digər rayonlar üzrə əhalinin payı belə bölünüb: Qarabağ – 7,3 faiz, Mərkəzi Aran – 7,1 faiz, Qazax-Tovuz – 6,6 faiz, Şəki-Zaqatala – 6,1 faiz, Gəncə-Daşkəsən – 5,8 faiz, Quba-Xaçmaz – 5,4 faiz, Mil-Muğan – 5,2 faiz, Şirvan-Salyan – 4,9 faiz, Naxçıvan – 4,6 faiz, Dağlıq Şirvan – 3,2 faiz, Şərqi Zəngəzur – 3 faiz.
