Azərbaycan Milli Antidopinq Agentliyi sərbəst güləş üzrə idmançı Sadiq Mustafazadəni antidopinq qaydalarını pozduğuna görə üç illik müddətə yarışlardan kənarlaşdırıb.
Agentliyin açıqlamasına görə, Sadiq Mustafazadədən götürülmüş nümunənin analizi zamanı qadağan olunmuş “19 norandrosterone” maddəsi aşkarlanıb. Bu fakt idmançının diskvalifikasiyası üçün əsas olub.
Nəticədə sərbəst güləşçi üç il müddətinə yarışmaq hüququndan məhrum edilib.
