Tehranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan ərazisinin İrana qarşı istifadə edildiyi barədə iddiaları rədd edib.
Mustafayev bu açıqlamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşü zamanı verib. Görüşdə tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə ediblər.
Baş nazirin müavini bildirib ki, İran Azərbaycan üçün dost ölkədir.
