Azərbaycanda icbari və könüllü sığorta üzrə 8 ayın yekunları açıqlanıb - carci.news
carci.news
Maliyyə və bank

Azərbaycanda icbari və könüllü sığorta üzrə 8 ayın yekunları açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növləri üzrə ödənişlərin məbləği 110,662 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 19,4 faiz çoxdur. Eyni dövrdə könüllü sığorta növləri üzrə isə 901,903 milyon manat sığorta haqqı yığılıb, bu da bir il əvvəlki ilə müqayisədə 13 faiz artım deməkdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) məlumatına görə, yanvar-avqust aylarında icbari sığorta növləri üzrə 213,492 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici bir il əvvəlki ilə müqayisədə 14,6 faiz aşağı olub.

Nəticədə icbari sığorta seqmentində toplanan hər 100 manat haqqın 51,8 manatı ödəniş kimi geri qayıdıb. Ötən ilin müvafiq dövründə bu nisbət 37,1 manat təşkil edirdi.

Könüllü sığorta üzrə isə ödənişlərin həcmi 662,491 milyon manata çatıb. Bu göstərici bir il öncəki ilə müqayisədə 29,7 faiz yüksəlib.

Beləliklə, səkkiz ayda könüllü sığorta seqmentində toplanan hər 100 manat haqqın 73,5 manatı ödənişlərə yönəlib. Ötən ilin müvafiq dövründə bu nisbət 64 manat təşkil edirdi.

Ümumilikdə ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti 8 ayda 1 milyard 115,395 milyon manat sığorta haqqı yığıb, bu da əvvəlki ilin eyni dövrünə görə 6,4 faiz artım deməkdir. Eyni müddətdə şirkətlərin həyata keçirdiyi ödənişlərin ümumi həcmi 773,153 milyon manata çatıb ki, bu da illik kəsimdə 28,1 faiz yüksəlişdir.

Nəticədə bütün sığorta bazarı üzrə toplanan hər 100 manat haqqın 69,3 manatı ödəniş şəklində xərclənib. Bir il əvvəl bu göstərici 57,6 manat səviyyəsində idi.

Related posts

Pərakəndə ticarət dövriyyəsi 9 ayda 50,8 milyard manata çatıb

Editor

Özbək Davr Bank ABB-nin nəzarətinə keçdi, idarəetmə heyəti tamamilə yeniləndi

Editor

SOFAZ-ın aktivləri sentyabrda 1,45 milyard dollar azalıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP