Bakıda beş avtobus marşrutunun sxemi dəyişdi
carci.news
Nəqliyyat və logistika

Bakıda beş marşrut avtobusunun yolu dəyişdirildi

Bakıda Hövsən və Binəqədi qəsəbələrində aparılan təmir işləri səbəbindən 120, 120E, 121E, 133 və 170 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yaydığı məlumata görə, Hövsən qəsəbəsinin 8 Noyabr küçəsində gedən təmir işləri nəqliyyat hərəkətinə məhdudiyyət yaradıb. Bu səbəbdən üç marşrutun sxemi dəyişib.

120 nömrəli avtobus indi Hövsən qəsəbəsindəki Elman Qasımov küçəsi ilə Səməd Vurğun parkı arasında hərəkət edir. 120E nömrəli marşrut Hövsən yaşayış kompleksindən (MİDA) Səməd Vurğun parkına qədər, 121E nömrəli marşrut isə Elman Qasımov küçəsindən “Əhmədli” metrostansiyasına qədər işləyir.

Binəqədidə də hərəkət məhdudlaşdırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bildirdiyinə görə, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar burada da avtomobil hərəkətinə qadağa qoyulub.

Nəticədə 133 və 170 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilib. Təmir işləri bitənədək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində müəyyən edilib, 170 nömrəli marşrut isə Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə hərəkət edir.

Related posts

Kamboca və Azərbaycan birbaşa aviareyslər üzrə danışıqlara başlayır

Editor

Eurasianet: Trans-əfqan dəmir yolu layihəsinə BƏƏ dəstək verir

Editor

Trans-Xəzər marşrutunda yük həcminin 2040-a qədər kəskin artımı proqnozlaşdırılır

Editor

Şərh yazın

IP geolocation by DB-IP