Azərbaycan batut gimnastları İtaliyada 5 qızıl medal qazanıb - carci.news
Olimpiya idmanı

Azərbaycan batut gimnastları İtaliyada 5 qızıl medal qazanıb

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Riççone şəhərində keçirilən “5th Aere Trampoline Cup” beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançılar həm sinxron, həm də fərdi proqramlarda uğur qazanıblar.

Sinxron proqramın 13–14 yaş kateqoriyasında Ömər Qasımlı və Muhəmməd Həsənli 45,170 xalla qızıl medala sahib olublar. 15–16 yaş kateqoriyasında isə Ammar Baxşəliyev və Fərhad Mustafayev 45,390 xal toplayaraq birinci yeri tutublar.

17–21 yaş kateqoriyasının sinxron yarışında Hüseyn Abbasov və Maqsud Mahsudov 50,730 xalla qızıl medal qazanıblar.

Fərdi proqramda Hüseyn Abbasov 57,950, Ammar Baxşəliyev isə 53,300 xal toplayaraq qızıl medal əldə ediblər. Muhəmməd Həsənli isə 49,290 xalla gümüş mükafata layiq görülüb.

Related posts

Azərbaycanlı taekvondoçular Tiranada 4 medal qazanıblar

Editor

Azərbaycan gimnastları Pezaroda dünya çempionu adına yiyələnib

Editor

Sarayevodan Azərbaycana 4 medalla dönüş: adaptiv cüdoçularımızın uğuru

Editor

Şərh yazın

IP geolocation by DB-IP