Bakıda ilboyu xizək sürməyə imkan verən mərkəz açılıb - carci.news
Azərbaycanda səyahət

Bakıda ilboyu xizək sürməyə imkan verən mərkəz açılıb

Paytaxtın mərkəzində “Ski Center Baku” adlı yeni idman kompleksi istifadəyə verilib. Mərkəz mövsümdən asılı olmayaraq xizək və snoubord üzrə məşq imkanı yaradır.

Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və digər rəsmi şəxslər iştirak edib.

2 800 kvadratmetr sahəni əhatə edən kompleksdə üç ədəd “MaxxTracks” məşq yamacı və “Olympus SkyTech” simulyatoru quraşdırılıb. Bu texniki avadanlıq sayəsində istifadəçilər ilin istənilən fəslində xizək və snoubord sürə biləcəklər.

Mərkəz həm yeni başlayanlar, həm də təcrübəli idmançılar üçün nəzərdə tutulub və peşəkar məşqçilərin rəhbərliyi ilə dərslər təşkil olunacaq. Bundan əlavə, uşaq və gənclərin qış idman növlərinə cəlb edilməsi istiqamətində məktəblilər üçün tanışlıq proqramları, məşq qrupları və məşqçi seminarlarının keçirilməsi planlaşdırılır.

Layihənin məqsədi Azərbaycanda qış idman növləri üzrə məşq infrastrukturunu genişləndirmək və yeni idmançıların formalaşmasına şərait yaratmaqdır.

Related posts

Sumqayıt istiqamətindəki qatar hərəkətinin yenidən başlaması gözlənilir

rashadamiraliyev

Azərbaycanda ov mövsümü oktyabrın 10-dan başlayır

Editor

Şərh yazın

IP geolocation by DB-IP