Surqut zavodu hücumu: Ukrayna dronları "Qazprom"u vurdu
carci.news
Dünya siyasəti

Ukrayna dronları Rusiyanın Surqutdakı “Qazprom” zavodunu ilk dəfə vurdu

Ukrayna Silahlı Qüvvələri oktyabrın 16-da Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “Qazprom pererabotka” şirkətinə məxsus Surqut zavodunu dron hücumuna məruz qoyub. Regionun tarixində yanacaq-energetika obyektinə ilk belə hücumdur.

Hücum günortadan sonra həyata keçirilib və nəticədə sənaye obyektində güclü yanğın baş verib. Bu barədə Xantı-Mansiysk Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk məlumat yayıb. Yerli sakinlərin bildirdiyinə görə, zərbə kondensatın stabilləşdirilməsi zavoduna dəyib.

Surqut zavodu Rusiyada neft-qaz-kondensat qarışığının emalı üzrə ən iri müəssisə sayılır. Onun illik layihə gücü 12 milyon tondur. Burada avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, durulaşdırılmış karbohidrogen qazları və stabil qaz kondensatı istehsal olunur.

Ukrayna sərhədi ilə Surqut arasındakı məsafə təxminən 2 500 kilometrdir. Qeyd olunur ki, Ukrayna pilotsuz uçuş aparatları Xantı-Mansiyskdəki yanacaq-energetika obyektlərini bu vaxtadək vurmayıb və bu, ilk belə hadisədir.

Related posts

İtaliya Baş naziri Meloni də Makronun dəvətini qəbul etmədi

rashadamiraliyev

Tramp İranın yeddi günlük atəşkəs planını rədd etdi: Ağ Ev aralıq seçkilərdən sonra zərbələrin bərpasını gözləyir

rashadamiraliyev

Şahin Mustafayev: Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb

Editor
IP geolocation by DB-IP