WSJ: ABŞ Yaxın Şərqə 10 min əlavə hərbçi və üçüncü aviadaşıyıcı göndərir - carci.news
Dünya siyasəti

WSJ: ABŞ Yaxın Şərqə 10 min əlavə hərbçi və üçüncü aviadaşıyıcı göndərir

ABŞ Yaxın Şərqdəki hərbi qüvvəsini artırmaq məqsədilə regiona əlavə 10 min hərbçi və üçüncü aviadaşıyıcı zərbə qrupu yollayır. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Pentaqonun göndərdiyi əlavə qüvvələr noyabrın sonunadək regiona çatmalıdır.

“The Wall Street Journal” onu da bildirir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi zərbələrin yenidən başlanması variantını nəzərdən keçirir. Bu addımın Konqresə aralıq seçkilərdən sonra, noyabr ayında atıla biləcəyi qeyd olunur.

Related posts

İsveçrə vətəndaşları neytrallıq və yerli ərzaq istehsalı barədə səsverməyə gedir

Editor

ABC News: Pentaqonun bazasından 3 milyona yaxın şəxsin datası oğurlanıb

Editor

Moskva vilayətinə dron hücumunda iki nəfər həlak olub

Editor

Şərh yazın

IP geolocation by DB-IP