Pensiya əlavəsi: yeni hesablama qaydası qəbul olundu
carci.news
Sosial müdafiə

Pensiya hesablanmasında yeni qayda: bəzi vətəndaşlara aylıq əlavə veriləcək

Milli Məclis “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən, dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bəzi digər kateqoriyadan olan vətəndaşların pensiyasına aylıq sabit əlavə hesablanacaq.

Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək, qüvvədə olma tarixi isə cari ayın ilk günündən hesablanacaq. Bu barədə deputat Vüqar Bayramov sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, hazırda qeyd olunan kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyası fərdi kapitala deyil, əməkhaqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni qaydalar isə sığorta mexanizmini gücləndirdiyi üçün bundan sonra pensiya fərdi şəxsi hesabdakı yığıma əsasən hesablanacaq, üstəlik sabit əlavə də ediləcək.

Vüqar Bayramov mexanizmi misalla izah edib: əgər vətəndaşın pensiya kapitalı 100 min manatdırsa, bunun 85 faizi, yəni 85 min manatı fərdi hesabda toplanacaq. Bu məbləğ 144-ə bölünərək yığım əsaslı pensiya məbləği müəyyənləşdiriləcək (85000/144=590,2 manat). Deputatın sözlərinə görə, həmin vətəndaşın yekun aylıq pensiyası bu 590,2 manata sabit əlavənin gəlməsi ilə formalaşacaq.

Pensiya əlavəsi necə təyin olunacaq

Bayramov bildirib ki, yeni qaydalarla pensiya və pensiya əlavəsinin proaktiv təyinatı tətbiq ediləcək – vətəndaşlar heç bir dövlət qurumuna müraciət etməyəcək, məbləğ elektron qaydada müəyyənləşib təyin olunacaq.

Deputatın sözlərinə görə, aylıq pensiya əlavəsinin konkret məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək. Qanun təsdiqlənən zaman bu məbləği təyin edəcək qurum da Fərmanla müəyyən olunacaq.

Həmçinin oxuyun: Pensiyaçılara aylıq əlavə tətbiqi üçün qanun layihəsi qəbul edilib | Milli Məclis hərbçilərin maaşının 22,8 faiz artırılmasını təsdiqləyib

Related posts

Füzuliyə köçürülən 1100-dən çox nəfər məşğulluq tədbirlərinə cəlb edilib

Editor

Gənc işsizlərin sayı azalıb, amma məşğul gənclərin sayı da geriləyib

Editor

Leyla Əliyeva Səmərqənddə İmkon mərkəzinin fəaliyyətinə baxış keçirib

Editor

Şərh yazın

IP geolocation by DB-IP