Minimum saatlıq əməkhaqqı hansı sahələrdə tətbiq olunacaq?
carci.news
Sosial müdafiə

Saatlıq minimum əməkhaqqı əvvəlcə kənd təsərrüfatı və iaşədə tətbiq olunacaq

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bildirib ki, yeni minimum saatlıq əməkhaqqı sistemi ilk mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrində tətbiq olunacaq. Bu barədə o, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında danışıb.

Zaur Əliyevin sözlərinə görə, hazırlanan layihə bir aydan az müddətə bağlanan qısamüddətli əmək müqavilələrini, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan vəzifələri əhatə edəcək. Belə hallarda işəgötürənlər işçilərlə saatlıq əsasda hesablaşma apara biləcək.

Nazir müavini qeyd edib ki, saatlıq minimum əməkhaqqının məbləği mövcud minimum aylıq əməkhaqqından çıxarılan saatlıq tarif göstəricisindən yuxarı müəyyən ediləcək. Yəni yeni sistem işçi üçün indiki hesablama qaydasından aşağı ola bilməyəcək.

Sistemin tətbiq ediləcəyi konkret fəaliyyət sahələrinin siyahısını Nazirlər Kabineti təsdiqləyəcək. Zaur Əliyev vurğulayıb ki, ilkin mərhələdə yalnız kənd təsərrüfatı istehsalı və ictimai iaşə sahələri nəzərdə tutulsa da, siyahı gələcəkdə genişləndirilə bilər.

Şəffaflıq artırılacaq

Nazir müavininin sözlərinə əsasən, dəyişikliklərin məqsədi minimum əməkhaqqı institutunun çevikliyini artırmaq, əməkhaqqı hesablamalarında şəffaflığı gücləndirmək və bu sahədə beynəlxalq təcrübəyə uyğun yanaşmaları ölkədə tətbiq etməkdir.

Related posts

Astarada şəhid ailələri və əlillər üçün 74 mənzil alınacaq

Editor

Ömürlük əlillik statusu hansı hallarda təyin edilir

Editor

Pensiyaçıların sayında gender fərqi 15 ildə əhəmiyyətli azalıb

Editor
IP geolocation by DB-IP