Azərbaycan Basketbol Liqasının IV turunda “Ordu” komandası NTD-yə qarşı meydana çıxıb və qarşılaşmadan 102:71 hesabı ilə qalib ayrılıb.
Oyun Bakı İdman Sarayında keçirilib. Azərbaycan Basketbol Liqasının bu görüşündə “Ordu” komandası rəqibinə 31 xal fərqlə üstün gəlib.
IV turun digər qarşılaşmasında isə “Naxçıvan” komandası “Sabah”ı 88:83 hesabı ilə məğlub edib.
IV tura oktyabrın 25-də yekun vurulacaq.
