Əsas kapitala xarici investisiya 2,4 milyard manata çatıb
carci.news
Biznes və investisiya

Əsas kapitala xarici investisiya 2,4 milyard manata çatıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar 2,4 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz çoxdur.

Məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) yarımillik “Pul Siyasəti İcmalı”nda yer alıb. Sənədə görə, xarici mənbələrdən əsas kapitala qoyulan investisiya həcmi ümumi investisiyaların 25,8 faizini təşkil edib, bu göstərici bir il əvvəlkindən 1 faiz bəndi yüksəkdir.

İcmalda bildirilir ki, cari ilin ilk yarısında ölkədə əsas kapitala ümumilikdə 9 milyard 295,2 milyon manat vəsait yönəldilib. Real ifadədə bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artım deməkdir.

Sektorlar üzrə baxıldıqda, son 1 ildə neft-qaz sahəsinə qoyulan investisiyalar 34,3 faiz artaraq 3 milyard 163,6 milyon manata çatıb. Qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 5,5 faiz artımla 6 milyard 131,6 milyon manat olub.

Related posts

UKEF Azərbaycan üçün 5 milyard funt-sterlinq limiti açıqlayıb

rashadamiraliyev

Argentina investorlara vətəndaşlıq proqramı başladır

Editor

Dövlət şirkətlərinin qeyri-neft ixracı 758 milyon dolları ötüb

Editor

Şərh yazın

IP geolocation by DB-IP