Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
carci.news
Güləş və döyüş idmanı

Eldəniz Əzizli yunan-Roma güləşində beşinci dəfə dünya çempionu oldu

Astanada keçirilən dünya çempionatının 55 kiloqram çəki dərəcəsində final qarşılaşmasında Azərbaycan güləşçisi Eldəniz Əzizli iranlı Payam Əhmədini məğlub edərək karyerasında beşinci qızıl medalını qazanıb.

Qazaxıstanın paytaxtı Astanada davam edən yunan-Roma güləşi üzrə dünya çempionatında həlledici görüş 3:1 hesabı ilə Eldəniz Əzizlinin xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan təmsilçisi beşqat dünya çempionu statusunu əldə edib.

Eyni gün daha bir Azərbaycan güləşçisi – 77 kiloqram çəkidə yarışan Sənan Süleymanov da qızıl medal uğrunda görüşə çıxacaq. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.

Astanadakı dünya çempionatı noyabrın 1-də öz yekununu tapacaq.

Həmçinin oxuyun: Azərbaycanlı iki güləşçi Astanada dünya çempionatının finalına yüksəlib | Nurullayev 77 kq-da U-23 dünya çempionatının bürünc medalçısı olub

Related posts

Azərbaycan boksçuları Avropa çempionatını 2 qızılla başa vurub

rashadamiraliyev

Günay Qurbanova U-23 dünya çempionatının finalına yüksəlib

Editor

Milli cüdo yığması Sarayevo mundialını 11 medalla bitirdi

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP