Astanada keçirilən dünya çempionatının 55 kiloqram çəki dərəcəsində final qarşılaşmasında Azərbaycan güləşçisi Eldəniz Əzizli iranlı Payam Əhmədini məğlub edərək karyerasında beşinci qızıl medalını qazanıb.
Qazaxıstanın paytaxtı Astanada davam edən yunan-Roma güləşi üzrə dünya çempionatında həlledici görüş 3:1 hesabı ilə Eldəniz Əzizlinin xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan təmsilçisi beşqat dünya çempionu statusunu əldə edib.
Eyni gün daha bir Azərbaycan güləşçisi – 77 kiloqram çəkidə yarışan Sənan Süleymanov da qızıl medal uğrunda görüşə çıxacaq. Onun finaldakı rəqibi moldovalı Aleksandrin Qutu olacaq.
Astanadakı dünya çempionatı noyabrın 1-də öz yekununu tapacaq.
Həmçinin oxuyun: Azərbaycanlı iki güləşçi Astanada dünya çempionatının finalına yüksəlib | Nurullayev 77 kq-da U-23 dünya çempionatının bürünc medalçısı olub
