15 yaşadək futbolçular arasında ilk FIFA dünya çempionatı və festivalı Bakıda başa çatıb, finalda İspaniya yığması Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Final qarşılaşması Bakı Kristal Zalında keçirilib. Oyunda İspaniya futbolçuları üç cavabsız qol vuraraq rəqibləri üzərində qəti üstünlük qazanıblar.
Bu nəticə ilə İspaniyanın U-15 yığması tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 dünya çempionatının qalibi adını qazanıb.
Turnirdə FIFA-ya üzv 189 milli futbol assosiasiyasından gənc oyunçular Bakıda bir yerə toplaşıb. Yarışın maraqlı məqamlarından biri onun həm rəsmi çempionat, həm də geniş miqyaslı futbol festivalı formatında keçirilməsi olub.
