U-15 dünya çempionatında Azərbaycan İsraili məğlub edib
carci.news
Futbol

U-15 millimiz İsrailə qarşı qələbə qazanıb

Bakıda keçirilən U-15 dünya çempionatında Azərbaycan yığması İsrail komandasını 3:1 hesabı ilə məğlub edib. Baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi komanda turnirdəki üçüncü qələbəsini qazanıb.

Azərbaycanın U-15 yaş qrupundan milli futbol komandası turnirdə bundan əvvəl Timor-Leste yığmasını 6:0, Andorra yığmasını isə 1:0 hesabı ilə məğlub edib. Komandanın yeganə uduzduğu qarşılaşma Avstraliya millisi ilə olub, həmin oyun 1:3 hesabı ilə başa çatıb.

Hövsan Yarış Kompleksində davam edən yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv futbol assosiasiyaları iştirak edir. Çempionat çərçivəsində təxminən 1000 oyunun keçirilməsi planlaşdırılır.

U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Turnirin final qarşılaşması Bakı Kristal Zalında oynanılacaq.

Həmçinin oxuyun: Bakıda ilk dəfə 15 yaşadək futbolçuların dünya çempionatı başlayır

Related posts

FIFA: Azərbaycana 2016-cı ildən 17,9 milyon dollar yardım ayrılıb

Editor

“Bordo” klubuna yeni sahib gələ bilər

rashadamiraliyev

Mançininin gizli müqaviləsi “Mançester Siti” araşdırmasında üzə çıxıb

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP