Bakı Dəniz Limanı konteyner aşırmaları 31 faiz artıb
carci.news
Nəqliyyat və logistika

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Bakı Dəniz Limanında bu ilin yanvar-oktyabr aylarında 112 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 faiz çoxdur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, cari ilin ilk on ayında Bakı Dəniz Limanında konteyner aşırmaları üzrə rekord nəticə qeydə alınıb.

Hesabat dövründə limandan keçən ümumi yük həcmi də 3 faiz artıb. Quru yük aşırmaları isə daha nəzərəçarpacaq templə, 60 faiz çoxalıb.

ADY göstəricilərin yanvar-oktyabr dövrü üzrə ötən ilin müvafiq ayları ilə müqayisəli təhlili əsasında açıqlanıb.

Related posts

Nəqliyyat və anbar sektoru 9 ayda 12,8 milyard manat gəlir qazanıb

Editor

AYNA 29 avtobus marşrutuna yeni icraçı tapmaq üçün müsabiqə elan edib

Editor

OilPrice.com: TRIPP layihəsini Rusiya və İran əngəlləyir

Editor
IP geolocation by DB-IP