Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitində Ermənistanın təşkilatda səsvermə hüququ və orqanlarında vəzifə tutmaq imkanı ləğv edilib. Qərar barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə açıqlamasında bildirib ki, qərar KTMT-nin nizamnaməsi əsasında qəbul olunub. Onun sözlərinə görə, Ermənistanın bir neçə ildir təşkilat qarşısında üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi bu addımın səbəbi kimi göstərilib.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistanın iki ildən artıq müddətdir KTMT-yə üzvlük haqqını ödəmədiyini açıqlamışdı.
