Bülbülə gölü daşıb, Bakıxanovda evləri su basıb
carci.news
Hadisələr

Bakıda Bülbülə gölünün ətrafında evləri su basıb

Paytaxtın Sabunçu rayonunda, Bakıxanov qəsəbəsindəki Mikayıl Müşfiq küçəsində Bülbülə gölünün suyu ətrafdakı evlərə dolub. Sakinlər bunun səbəbini yaxınlıqda aparılan kanalizasiya işləri zamanı bəndin yarılması ilə bağlayır.

Mikayıl Müşfiq küçəsinin sakinlərinin sözlərinə görə, Bülbülə gölündən daşan su evlərin həm zirzəmilərinə, həm də yaşayış otaqlarına yol tapıb. Bu barədə “Xəzər” televiziyasına məlumat verilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin açıqlamasına görə, həmin ərazidə Bülbülə gölünün sahəsi torpaqla doldurularaq kiçildilir və burada park salınması planlaşdırılır. Bununla yanaşı, ərazidə kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir.

Qurum bildirib ki, intensiv yağıntılar nəticəsində göldə su səviyyəsi qalxıb və bu, ətrafdakı həyətlərin su altında qalmasına səbəb olub.

Hazırda problemin aradan qaldırılması üçün ərazidə əlavə nasoslar quraşdırılır. Qurumun məlumatına əsasən, yaxın günlərdə həyətlərdəki suyun çəkilməsi və ərazinin təmizlənməsi təmin olunacaq.

Related posts

Rafiq Əliyevin tikdirdiyi “GreenPark” hoteli hərraca çıxarılıb

Editor

İstanbulda konsert zalında atışma: iki nəfər ölüb

Editor

Sabiq Baş konsul S.Qasımovun dələduzluq işi baxışa verildi

Editor
IP geolocation by DB-IP