Vergi Məcəlləsində aparılan dəyişikliyə görə, fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin faizləri iki mərhələdə artırılacaq. Yeni dərəcələr 2027-ci il yanvarın 1-dən tətbiq olunacaq.
Azərbaycanda gəlir vergisi dərəcələri 2027-ci ildən etibarən dəyişəcək. Hazırkı qaydaya əsasən, aylıq 2500 manata qədər gəlirdən 3 faiz vergi tutulur, 2500-8000 manat aralığında isə 75 manat üstəgəl aradakı məbləğin 10 faizi, 8000 manatı keçən gəlirdə isə 625 manat üstəgəl qalan hissənin 14 faizi hesablanır.
Birinci mərhələ olaraq, 2027-ci ilin əvvəlindən növbəti il başlayana qədər yeni faizlər tətbiq ediləcək: 2500 manatadək gəlirdən 5 faiz, 2500-8000 manat aralığında 125 manat əlavə həmin aralıqdakı məbləğin 10 faizi, 8000 manatdan çox gəlirdə isə 675 manat əlavə artıq hissənin 14 faizi vergi kimi götürüləcək.
Növbəti addım kimi, 2028-ci ilin ilk günündən faizlər yenidən yüksələcək. Bu zaman 2500 manatadək gəlirdən 7 faiz, 2500-8000 manat aralığında 175 manat əlavə müvafiq məbləğin 10 faizi, 8000 manatdan yuxarı gəlirdə isə 725 manat əlavə qalan hissənin 14 faizi tutulacaq.
Güzəştlər uzadılmadı
2019-cu ildən bəri qeyri-neft-qaz sahəsində və qeyri-dövlət sektorunda çalışan işçilərə tətbiq olunan gəlir vergisi güzəşti davam etdirilməyib.
