Zərgərlik oğurluğuna görə polisə 4 il şərti cəza
carci.news
Hadisələr

Moskva vilayətində zərgərlik oğurlayan polis əməkdaşına 4 il şərti cəza verilib

Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkara məxsus, ümumi qiyməti təxminən 106 min 608 manat (5 milyon 141 min rubl) dəyərində olan zərgərlik məmulatlarını mənimsəyən polis əməkdaşı barədə Puşkin məhkəməsi qərar qəbul edib. Məhkəmə onu 4 illik şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Rusiyanın Moskva vilayətində törədilmiş zərgərlik oğurluğu ilə bağlı araşdırma zamanı Puşkin şəhəri Polis İdarəsinin işçiləri şübhəli hesab edilən şəxsi saxlayıb və onun sürdüyü “Kia Rio” markalı avtomobilə baxış keçiriblər. Yoxlama əsnasında maşında video müşahidə kameralarından gizlənmək məqsədilə istifadə olunan çətir, idman ayaqqabısı və külli miqdarda bahalı bəzək əşyası aşkarlanıb.

Aşkar edilən əşyalar arasında “Cartier”, “Van Cleef” və “Bulgari” bilərzikləri, həmçinin ağ qızıldan hazırlanmış “Chaumet” boyunbağı olub. Təhqiqat göstərib ki, həmin qiymətli əşyalar Ximki şəhərindəki bir mənzildən mənimsənilib; azərbaycanlı sahibkar ölkədən çıxmazdan öncə onları qorunması üçün tanışına əmanət qoyub.

Sübutlar polis şöbəsində necə yoxa çıxıb

Əvvəlcə bütün maddi sübutlar möhürlənmiş paketlərə qoyulub, tərtib edilmiş protokollar hal şahidləri tərəfindən təsdiqlənərək əşyalar idarədəki seyfə yerləşdirilib. Lakin sonradan paketlər yenidən açılarkən içərisində təkcə çətir və ayaqqabının qaldığı, qiymətli zərgərlik məmulatlarının isə yoxa çıxdığı aşkarlanıb. Protokollar da hal şahidlərinin imzası olmayan yeni nüsxələrlə dəyişdirilib.

Daxili təhlükəsizlik xidmətinin apardığı araşdırma nəticəsində sübutlara çıxışı olan şəxsin Puşkin şəhəri Daxili İşlər İdarəsinin cinayətkarlıqla mübarizə bölməsində, əmlak əleyhinə cinayətlərlə məşğul olan qrupda əməliyyat işçisi vəzifəsində çalışdığı müəyyənləşib. Ona oğurluq və qulluq mövqeyindən sui-istifadə maddələri üzrə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs ittihamı qəbul etməsə də, Puşkin şəhər məhkəməsi onun barəsində 4 illik şərti azadlıqdan məhrumetmə hökmü çıxarıb, sınaq müddəti də 4 il olaraq təyin edilib. Bundan başqa, ona 2 il müddətinə hüquq-mühafizə orqanlarında çalışmaq qadağan edilib.

Related posts

Rafiq Əliyevin tikdirdiyi “GreenPark” hoteli hərraca çıxarılıb

Editor

Vəkil Elçin Əmirov fırıldaqçılıq və tələbetmə ittihamı ilə həbs edilib

Editor

İstanbulda yeddimərtəbəli bina uçub, dağıntı altında insanlar var

Editor
IP geolocation by DB-IP