Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binası çökərək uçub. Dağıntı altında qalan insanlar olduğu bildirilir.
Hadisə yerinə xilasedici heyətlər göndərilib və axtarış-xilasetmə əməliyyatına başlanılıb. Dağıntılar arasında qalan şəxslərin sayı və vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur.
Binanın uçma səbəbi açıqlanmayıb. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı da müəyyən edilməyib.
