Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 15 min 998,7 ton mis konsentratı istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12 min 668,6 ton çoxdur.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, mis konsentratı istehsalı 4,8 dəfə artıb. Ötən ilin müvafiq hesabat dövründə ölkədə cəmi 3330,1 ton mis konsentratı istehsal edilmişdi.
Noyabrın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatları da ciddi şəkildə dəyişib. Bu göstərici 930,6 ton təşkil edib ki, bu da bir il əvvəlki 251,6 tonla müqayisədə 679 ton, yaxud 3,7 dəfə çoxdur.
