Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda ilk dəfə quraşdırılacaq avtobus svetoforlarının iş prinsipini və işıq siqnallarının mənasını sürücülərin diqqətinə çatdırıb.
Mərkəzdən bildirilib ki, paytaxtda bu tip svetoforların tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Sürücülərə yeni qurğuların hansı prinsiplə işləyəcəyi, işıq siqnallarının nəyi bildirdiyi və hərəkət istiqamətlərinin necə tənzimlənəcəyi barədə izahat verilib.
