Yük daşımaları avtomobildən dəmir yoluna keçiriləcək
carci.news
Nəqliyyat və logistika

Azərbaycan yük daşımalarını avtomobildən dəmir yoluna keçirməyi planlaşdırır

Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasına görə, 2060-cı ilə qədər minik avtomobilləri və şəhər avtobuslarının tamamilə elektrik və ekoloji nəqliyyata keçməsi, yük daşımalarının isə əsasən avtomobildən dəmir yoluna yönəldilməsi nəzərdə tutulur.

Sənədə əsasən, nəqliyyat sektorunda dekarbonizasiya mərhələli şəkildə aparılacaq və daxili yanma mühərrikli nəqliyyat vasitələri tədricən istismardan çıxarılacaq. 2022-ci ilin yekunlarına görə bu sektorun payına ölkənin ümumi istixana qazı emissiyalarının təxminən 13 faizi, yəni 9,3 milyon ton CO₂ ekvivalenti düşüb.

Strategiyaya görə, 2060-cı ilədək minik avtomobilləri və şəhər avtobusları seqmentində elektromobillərin və ekoloji təmiz nəqliyyatın payı 100 faizə çatdırılacaq. Yük daşımaları sahəsində isə bu göstəricinin 75 faiz səviyyəsinə yüksəldilməsi planlaşdırılır.

Sənəddə həmçinin ölkənin bütün dəmir yolu infrastrukturunun tam elektrikləşdirilməsi məqsədi qoyulub. Bununla paralel olaraq yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna genişmiqyaslı şəkildə yönləndirilməsi nəzərdə tutulur.

Digər nəqliyyat növləri üçün də alternativ yanacaqlara keçid planlaşdırılır: dəniz nəqliyyatında metanoldan tam istifadəyə keçid, aviasiya sahəsində isə dayanıqlı aviasiya yanacağının (SAF) mərhələli tətbiqi nəzərdə tutulub.

Related posts

Tehran Times: Rəşt-Astara dəmir yolu sazişinə Təhlükəsizlik Şurasından yaşıl işıq

Editor

Tehran Times: Ərdəbil valisi Azərbaycanla sərhəd əməkdaşlığının genişlənməsini istəyib

Editor

Kamboca və Azərbaycan birbaşa aviareyslər üzrə danışıqlara başlayır

Editor

Şərh yazın

IP geolocation by DB-IP