Brent markalı neft 2027-ci ildə 65 dollara enəcək - Fitch
carci.news
Enerji

Fitch proqnozu: Brent markalı neft 2027-ci ildə 65 dollara enəcək

Beynəlxalq reytinq agentliyi Fitch Brent markalı xam neftin orta qiymətinin 2026-cı ildə barel üçün 87, 2027-ci ildə isə 65 ABŞ dolları olacağını hesablayıb. 2028-2029-cu illər üzrə isə agentlik 60 dollarlıq göstərici gözləyir.

Fitch agentliyi Brent neftinin qiymət proqnozunu Cənub Qaz Dəhlizi QSC-nin (SGC) reytinqini təsdiqlədiyi hesabatda açıqlayıb.

Agentlik Avropanın TTF qaz platformasında da qiymətlərin aşağı düşəcəyini öngörür. Verilən hesablamaya görə, qazın hər 1000 kubfutu 2026-cı ildə 18, 2027-ci ildə 9, 2028 və 2029-cu illərdə isə 7 ABŞ dolları civarında qiymətləndiriləcək – burada 1000 kubfutun 28,31 kubmetrə bərabər olduğunu xatırlatmaq lazımdır.

Dövlət büdcəsi və Mərkəzi Bankın hesablamaları ilə fərq

Ölkənin bu ilki dövlət büdcəsi Azeri Light markalı neftin orta qiymətinin barel başına 65 dollar təşkil edəcəyi fərziyyəsi üzərində qurulub.

Azərbaycan Respublikasının Mərkəzi Bankı oktyabr ayında açıqladığı proqnozda neftin illik orta qiymətini 2026-cı il üçün 92,8, 2027-ci il üçün isə 82,8 ABŞ dolları səviyyəsində gözlədiyini qeyd etmişdi. Bu rəqəmlər Fitch-in göstərdiyi səviyyələrdən kifayət qədər yüksəkdir.

Təbii qaz istiqamətində isə Mərkəzi Bank iyul ayında 1000 kubmetr üçün 2026-cı il üzrə 327, 2027-ci il üzrə isə 294 dollarlıq proqnoz açıqlamışdı.

Related posts

Azərbaycanda Aİ-95 benzini istehsalı doqquz ayda 65,6 faiz geriləyib

Editor

Şəbəkəyə qoşulma addımları 7-dən 2-yə azalacaq

Editor

2027-ci il büdcəsində qaz hasilatının 1,5 faiz artması nəzərdə tutulur

Editor
IP geolocation by DB-IP