Aliment ödənişlərinin 23 yaşadək uzadılması təklifi
carci.news
Milli Məclis

Uşaqlar üçün alimentin 23 yaşadək ödənilməsi təklif olunub

Milli Məclisin deputatı Məlahhət İbrahimqızı valideynləri boşanmış və ali məktəbdə təhsil alan gənclər üçün aliment ödənişinin 18 yaşdan 23 yaşadək uzadılmasını təklif edib.

Deputat bu fikri parlamentin plenar iclasındakı çıxışında səsləndirib. Onun sözlərinə görə, hazırkı qanunvericilikdə ailə başçısını itirən uşaqlara dövlət tərəfindən aylıq müavinət 18 yaşa qədər, əyani təhsil alanlara isə 23 yaşadək ödənilir.

Lakin valideynlərin boşanması zamanı uşağa aliment yalnız 18 yaşınadək verilir. Məlahhət İbrahimqızı bildirib ki, ali məktəbə qəbul olan gənclərin təhsillə bağlı xərcləri artıq olduğundan bu kateqoriyaya da maddi dəstəyin davam etdirilməsi zəruridir.

Deputatın fikrincə, buna görə də aliment ödənişinin müddətinin uzadılması məqsədəuyğun olardı.

Milli Məclisin sədri Sahibə Qafarova təklifi nəzərə alaraq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə məsələ ilə bağlı arayış hazırlamağı tapşırıb.

Related posts

Milli Məclis hərbçilərin maaşının 22,8 faiz artırılmasını təsdiqləyib

Editor

Naxçıvan Ali Məclisinin deputatı Qəzənfər Abdullayev mandatından məhrum edilib

Editor

Milli Məclisdə “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirə olunub

Editor
IP geolocation by DB-IP