Baş nazir Əli Əsədova "Şərəf" ordeni verildi
carci.news
Rəsmi xronika

Baş nazir Əli Əsədov dövlət başçısı tərəfindən “Şərəf” ordeninə layiq görülüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkənin sosial-iqtisadi sahədəki inkişafına verdiyi töhfələrə görə “Şərəf” ordeni ilə mükafatlandırılıb. Qərarı dövlət başçısı İlham Əliyev imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayaraq Baş nazir Əli Əsədova “Şərəf” ordeni verilməsini təsdiqləyib. Sənəddə qeyd olunur ki, hökumət rəhbəri ölkənin sosial-iqtisadi tərəqqisinə göstərdiyi xüsusi xidmətlərə görə bu mükafata layiq görülüb.

Bu addım Əli Əsədovun 70 yaşı tamam olmasına bir neçə gün qalmış atılıb. Baş nazirin yubiley tarixi noyabrın 30-u kimi qeyd edilir.

Related posts

Ramiz Mehdiyevə 14 il həbs kəsildi, cəzanın icrası dayandırıldı

Editor

Naxçıvanda keçmiş rəhbərin dövründəki 47 fərman qüvvədən salındı

Editor

Ramin İsayevin 14 illik həbs cəzası yenidən təsdiqləndi

Editor
IP geolocation by DB-IP