Abasov və Beydullayeva Türküstanda qızıl qazanıb
carci.news
Şahmat

Azərbaycanlı iki şahmatçı Türküstanda çempion olub

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında Azərbaycanı təmsil edən Nicat Abasov və Gövhər Beydullayeva həm kişilər, həm də qadınlar arasında qızıl medal qazanıblar.

Kişilər arasında yarışın 14-cü, yəni sonuncu turunda qrossmeyster Nicat Abasov Qırğızıstanlı rəqibi Ediyar Orozbayevlə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra toplam xalı 9-a çatan Abasov digər bütün iştirakçıları geridə qoyaraq birinci pillədə qərarlaşıb.

Qadınların yarışında isə son turda Gövhər Beydullayeva Qazaxıstanlı şahmatçı Zarina Nurgaliyeva ilə oyunu yarı xalla başa vurub. 10 xal toplayan Beydullayeva yekun cədvəldə liderliyi əldə edib.

Beləcə, Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, ölkə təmsilçiləri Türk Şahmat Assosiasiyasının çempionatında hər iki kateqoriyada – kişilər və qadınlar arasında – qalib adını qazanıb. Yarışın bağlanış mərasimində hər iki qalibin şərəfinə Azərbaycanın Dövlət Himni ifa olunub.

Related posts

Nərmin Abdinova 18 yaşadək qızlar arasında Avropa çempionu olub

Editor

Abdinova Hersonissosda qızlar arasında tam xalla birinciliyi qoruyur

Editor

Timur Turlov FIDE-nin yeni prezidenti seçilib

rashadamiraliyev
IP geolocation by DB-IP