Mersində korrupsiya əməliyyatı: üç bələdiyyə rəhbəri də aralarında olmaqla 59 nəfər tutuldu - carci.news
carci.news
Dünya siyasəti

Mersində korrupsiya əməliyyatı: üç bələdiyyə rəhbəri də aralarında olmaqla 59 nəfər tutuldu

Türkiyənin Mersin vilayətində korrupsiya iddiaları ilə bağlı keçirilən geniş əməliyyat nəticəsində üç bələdiyyə başçısının da daxil olduğu 59 nəfər saxlanılıb.

Tutulanlar arasında Mersin Böyükşəhər Bələdiyyəsi rəhbəri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin başçısı Abdullah Özyiğit, Mezitli Bələdiyyəsinin rəhbəri Ahmet Serkan Tuncer da yer alıb.

Əməliyyat Mersin Respublika Baş Prokurorluğunun adıçəkilən üç bələdiyyə ilə əlaqədar apardığı korrupsiya araşdırmasının nəticəsi kimi səhər tezdən eyni zamanda icra olunub. Bu zaman Mersin Böyükşəhər, Yenişəhər və Mezitli bələdiyyə binalarının yanı sıra, şübhə doğuran şəxslərin yaşadığı yerlərdə də axtarış işləri həyata keçirilib.

Aparılan araşdırmaya əsasən, Mersin Böyükşəhər Bələdiyyəsinin keçirdiyi 13 hərrac və 63 birbaşa alış prosesi nəticəsində dövlət büdcəsinə 330 milyon 945 min lirə həcmində ziyan dəydiyi ortaya çıxıb. Mezitli Bələdiyyəsi ilə bağlı isə vurulan zərərin 1 milyard 10 milyon 914 min lirəni, Yenişəhər Bələdiyyəsində isə 105 milyon lirəni aşdığı güman edilir.

Bununla yanaşı, Mezitli Bələdiyyəsinin başçısı Ahmet Serkan Tuncerə qarşı silahlı dəstəyə başçılıq etmə şübhəsi ilə ayrıca bir istintaq da aparılır. İddialara görə, o, münaqişədə olduğu insanların iş yerlərinə silahlı basqınlar təşkil etməkdə şübhəli bilinir.

Qeyd olunub ki, bu basqınların hədəflərindən biri Yeni Partiyanın regional qərargahı, digəri isə “Çağın Medya” adlı media təşkilatı olub.

Related posts

İtaliya Baş naziri Meloni də Makronun dəvətini qəbul etmədi

rashadamiraliyev

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

Editor

Ekspertlər: El-Ninyo Kaliforniyaya milyardlarla dollar zərər vura bilər

Editor

Şərh yazın

IP geolocation by DB-IP