Cabbarov: Transxəzər fiber-optik xətti bir aydan az müddətdə işə salınacaq - carci.news
carci.news
Texnologiya və İKT

Cabbarov: Transxəzər fiber-optik xətti bir aydan az müddətdə işə salınacaq

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, xətt Avropa ilə Asiya arasında yeni yüksəkötürücülü rəqəmsal bağlantı yaradacaq.

Bu barədə nazir Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxış edərkən danışıb. Onun fikrincə, bugünkü regional dəhlizlər artıq sadəcə yükdaşıma marşrutları deyil, həm də enerji və rəqəmsal əlaqələndirmə platformasına çevrilib.

Cabbarovun sözlərinə görə, Azərbaycanın nəqliyyat və rabitə bağlantılarına yönəltdiyi investisiyalar təsadüfi addım deyil, illərdir həyata keçirilən ardıcıl strategiyanın davamıdır. Bu strategiyaya liman, dəmir yolu və gəmiqayırma kimi ənənəvi infrastrukturla yanaşı, enerji xətləri, boru kəmərləri və fiber-optik kabellər də daxildir.

Nazir həmçinin vurğulayıb ki, rəqabətədavamlı enerji sistemi ilə sürətli rəqəmsal bağlantının birgə mövcudluğu ölkədə data mərkəzlərinin və süni intellekt infrastrukturunun inkişafı üçün əlverişli zəmin yaradır.

Related posts

Google SynthID Detector alətini bütün istifadəçilər üçün açdı

Editor

Texnopark rezidentlərinə vergi güzəştləri 20 ilədək uzadılıb

Editor

Startap sahiblərinə vergi güzəştləri 7 ilədək uzadıldı

Editor

Şərh yazın

IP geolocation by DB-IP