Nərmin Abdinova Avropa çempionatında liderliyi saxlayır
carci.news
Şahmat

Abdinova Hersonissosda qızlar arasında tam xalla birinciliyi qoruyur

Yunanıstanın Hersonissos şəhərində davam edən şahmat üzrə Avropa yeniyetmələr çempionatında beşinci tur başa çatıb. Azərbaycanlı şahmatçı Nərmin Abdinova 18 yaşadək qızlar arasında bütün partiyalarını qazanaraq cədvəlin zirvəsindədir.

Avropa yeniyetmələr çempionatında Azərbaycanı təmsil edən Nərmin Abdinova 18 yaşadək qızlar arasında beş oyunun beşində də qalib gələrək maksimum xal toplayıb və turnirin lideri olub. Onun ən yaxın rəqibi ilə fərqi cəmi 1 xaldır.

Oğlan şahmatçılar arasında da Azərbaycan adına sevindirici göstəricilər qeydə alınıb. 18 yaşadək qrupda Tunar Davudov cədvəlin başında qərarlaşıb, 16 yaşadək qrupda isə Paşam Əlizadə ikinci sırada yer alıb.

Top-10 siyahısında daha üç azərbaycanlı şahmatçının adı var: Səfa Hümmətov, Nurtən Nuriyeva və Şəmsi Qaraxanov. Hər üçü müvafiq yaş qruplarında yüksək mövqe tutaraq medal uğrunda mübarizəni davam etdirir.

Bu gün çempionatda istirahət günüdür. Çempionatın qalibləri isə noyabrın 12-də rəsmiləşəcək.

Related posts

Timur Turlov FIDE-nin yeni prezidenti seçilib

rashadamiraliyev

Gəncədə 180 şahmatçının qatıldığı “Gəncə Open – 2026” turniri start götürdü

Editor

Şərh yazın

IP geolocation by DB-IP