Pensiyaçılara aylıq əlavə tətbiqi üçün qanun layihəsi qəbul edilib - carci.news
carci.news
Sosial müdafiə

Pensiyaçılara aylıq əlavə tətbiqi üçün qanun layihəsi qəbul edilib

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna aylıq pensiya əlavəsinin tətbiqini nəzərdə tutan yeni fəsli birinci oxunuşda təsdiqləyib. Əlavə 2026-cı il oktyabrın 1-dən veriləcək.

Sənədə görə, aylıq pensiya əlavəsinin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təyin edəcək. Əlavənin həcmi şəxsə təyin olunmuş pensiyanın növündən asılı olaraq fərqli ola bilər.

Qanunvericilikdə həmçinin bir məhdudiyyət nəzərdə tutulub: əgər şəxsin eyni vaxtda bir neçə növ pensiya əlavəsi almaq hüququ varsa, onun seçiminə əsasən yalnız bunlardan biri təyin ediləcək.

Müvafiq qanun layihəsi Milli Məclisin iclasında səsverməyə çıxarılıb və deputatlar tərəfindən birinci oxunuşda dəstəklənib.

Related posts

Nazirlik ÜST ilə reabilitasiya və sığorta sahəsində əməkdaşlığı genişləndirir

Editor

Astarada şəhid ailələri və əlillər üçün 74 mənzil alınacaq

Editor

Füzuliyə köçürülən 1100-dən çox nəfər məşğulluq tədbirlərinə cəlb edilib

Editor

Şərh yazın

IP geolocation by DB-IP