Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda “Mercedes” pilotu Corc Rassel birinci sıranı tutub. “Ferrari”dən Şarl Lekler ikinci, “McLaren”in pilotu Oskar Piastri isə üçüncü olub.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən sıralama turu başa çatıb. Ən yaxşı vaxtı britaniyalı pilot Corc Rassel göstərib.
Monakolu pilot Şarl Lekler ikinci pillədə qərarlaşıb. Üçüncü sırada isə avstraliyalı Oskar Piastri yer alıb.
Sessiyada ümumilikdə 11 komandanın 2 pilotdan ibarət heyətləri iştirak edib, sıralama turu bir saat davam edib.
Qran-Pri sentyabrın 26-da başa çatacaq.




