Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb. Onunla yanaşı komitənin daha altı üzvü də həbsə alınıb.
Saxlanılma hakimlərlə bağlı aparılan araşdırma çərçivəsində baş verib. Bu barədə məlumatı yerli “Milliyet” nəşri yayıb.
Araşdırmanın hansı iddialar əsasında başladığı və tutulanlara hansı ittihamların irəli sürüləcəyi hələ ki açıqlanmayıb. Türkiyə Futbol Federasiyası tərəfindən də mövzuya dair rəsmi açıqlama verilməyib.
