Uşu-sanda Bolu çempionatında Azərbaycana 19 medal
carci.news
Güləş və döyüş idmanı

Azərbaycan uşu-sanda komandası Boludan 19 medalla qayıdıb

Azərbaycanın uşu-sanda yığması Türkiyənin Bolu şəhərində təşkil olunan IX Açıq Balkan Çempionatı və Avrasiya Kubokunu 9 qızıl, 9 gümüş və 1 bürünc medalla başa vurub. Yarışda 21 ölkənin nümayəndələri mübarizə aparıb.

Dörd məşqçinin müşayiəti ilə yarışa qatılan 19 nəfərlik Azərbaycan uşu-sanda heyəti sanda və light sanda növlərində müxtəlif yaş qruplarında mübarizə aparıb. Gənc idmançılardan ibarət komanda hesabında ev sahibi Türkiyədən sonra ikinci yeri tutub.

9-11 yaş aralığında light sanda növündə Teyyub Eminli (26 kq) və Mənsur Camallı (36 kq) birinci yerin sahibi olub. Eyni yaş kateqoriyasında Turqut Ələkbərov (21 kq), Ağacəfər Nəsrullayev (27 kq) və Qəhrəman Hümbətzadə (30 kq) gümüş mükafat qazanıb.

12-14 yaşlı idmançılar arasında sanda üzrə Ramal Xudaverdiyev (45 kq) qalib gələrək zirvəyə çıxıb, Nuruməmməd Cəfərov (56 kq) isə ikinci pillədə dayanıb.

15-17 yaş qrupunda Əli Osmanov (45 kq), Əli Cabbarlı (52 kq), Xəyal İbrahimov (56 kq), Nihad Əsgərov (60 kq) və Zaur Quluzadə (75 kq) birinci olaraq qızıl medal qazanıb. Həmin kateqoriyada Mehdi Qüdrətov (48 kq), Əbülfət Quluzadə (56 kq) və Sənan Şixəliyev (60 kq) gümüşlə kifayətlənib.

18-40 yaş qrupunda Elvin Eminli (56 kq) və Elçin Eminov (70 kq) ikinci pillədə, Nihad Kərimov (60 kq) isə üçüncü pillədə qərarlaşıb. Veteranlar arasında keçirilən yarışda Samir İbrahimi (+90 kq) birinci yeri tutaraq qızıl medal qazanıb.

Gənclərdən təşkil olunan yığmaya yarış müddətində baş məşqçi Elçin Eminov rəhbərlik edib.

Related posts

Cüdoçu Əhməd Yusifov dünya çempionu adını qazanıb

Editor

Rəhimov Neapolda U-23 Avropa çempionu adını ikinci dəfə qazandı

Editor

Nurullayev 77 kq-da U-23 dünya çempionatının bürünc medalçısı olub

Editor
IP geolocation by DB-IP