2027-ci il dövlət büdcəsində sosial xərclər artacaq
carci.news
Maliyyə və bank

Sosial müdafiəyə 2027-ci ildə 4,9 milyard manat planlaşdırılır

Gələcək il üçün hazırlanan dövlət büdcəsi layihəsində sosial müdafiə və sosial təminat istiqamətinə 4 milyard 913 milyon 986 min manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu məbləğ cari ilin təsdiqlənmiş 4 milyard 872 milyon 958 min manatlıq göstəricisindən 41 milyon 28 min manat, yəni 0,8 faiz çoxdur.

Ölkənin gələn ilki maliyyə sənədi – “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi çərçivəsində sosial müdafiə sahəsinə ayrılacaq vəsaitin həcmi müəyyənləşib. Sənədə əsasən, bu istiqamətdəki xərclər iki əsas qrupa bölünərək planlaşdırılıb.

Belə ki, sosial müdafiə tədbirləri üçün bilavasitə 537 milyon 955 min manat nəzərdə tutulub. Qalan hissə – 4 milyard 375 milyon 636 min manat isə sosial müdafiə və təminatla bağlı digər müəssisələrin fəaliyyətinin və müxtəlif tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.

Layihədə həmçinin Dövlət Sosial Müdafiə Fondunun maliyyə tarazlığının saxlanılması ilə bağlı korrektə də öz əksini tapıb. Belə ki, Fondun öhdəliklərinin ödənilməsi üçün dövlət xəzinəsindən ayrılan vəsaitin 1,7 milyard manat səviyyəsindən 1,6 milyard manatadək azaldılması nəzərdə tutulur.

Related posts

AMB: Kirayənin median qiyməti 917 manata düşüb

Editor

Azərbaycan banklarının mənfəəti 9 ayda 1,08 milyard manata çatıb

Editor

Minimum əməkhaqqının artırılması 700 min nəfərə təsir edəcək

Editor

Şərh yazın

IP geolocation by DB-IP