Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan cari ilin yanvar-sentyabr aylarında 17 milyard 994,1 milyon kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz azdır.
İxrac edilən təbii qazın dəyəri 6 milyard 448,7 milyon ABŞ dolları səviyyəsində qeydə alınıb, bu göstərici bir il əvvəlki rəqəmdən 3,7 faiz aşağıdır. Hesabat dövründə təbii qaz ölkənin ümumi ixracının 27,02 faizini təşkil edib.
Dövlət Gömrük Komitəsinin gömrük bəyannamələrinə əsaslanan statistikasına görə, Azərbaycan yanvar-sentyabr aylarında xarici ölkələrlə ümumilikdə 37 milyard 211 milyon dollarlıq ticarət əməliyyatı aparıb.
Xarici ticarət dövriyyəsi necə dəyişib
Bu məbləğin 23 milyard 865 milyon dolları ixracın, 13 milyard 346 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ölkənin ixracı 28,3 faiz artıb, idxalı isə 20,4 faiz azalıb.
