Elektrik enerjisi ixracı 9 ayda 67,3% azaldı
carci.news
Enerji

Azərbaycanın elektrik enerjisi ixracı 9 ayda kəskin azalıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xaricə satdığı elektrik enerjisinin dəyəri 17,60 milyon dollara düşüb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 67,3 faiz aşağı göstəricidir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 9 ayında elektrik enerjisi ixracının statistik dəyəri 53,84 milyon ABŞ dolları olub. 2026-cı ilin eyni dövründə isə bu rəqəm 17,60 milyon dollara enib.

İxracın fiziki həcmində də ciddi geriləmə qeydə alınıb. Əgər 2025-ci ilin yanvar-sentyabr aylarında xaricə 940 492,49 min kVt/saat elektrik enerjisi satılıbsa, 2026-cı ilin müvafiq dövründə bu göstərici 64 faiz azalaraq 341 135,36 min kVt/saata düşüb.

Ümumi ixracda payı aşağı düşüb

Elektrik enerjisinin ölkənin ümumi ixracındakı xüsusi çəkisi də kiçilib: 2025-ci ildəki 0,29 faizdən 2026-cı ildə 0,07 faizə enib. Qeyri-neft sektoru üzrə ixracda isə bu göstərici 2,03 faizdən 0,26 faizə düşüb.

Related posts

Energetika naziri: “Yaşıl enerji”yə 2,6 milyard dollar yatırılacaq

Editor

“Abşeron” yatağının tam mənimsənilməsinə 4,2 milyard dollarlıq vəsait ayrılacaq

Editor

Cabbarov ABŞ-lı investisiya şirkətlərinin rəhbərləri ilə görüşüb

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP