173 ölü nərə balığı Xəzər sahilində aşkarlandı
carci.news
Ekologiya

Qazaxıstanda Xəzər sahilində 173 ölü nərə balığı aşkarlanıb

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq tapılıb. Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölü balıqlar oktyabrın 20-də Qaraqiya rayonunda, Sarja ərazisi ilə Kumdı adası arasındakı sahil zolağında aşkarlanıb. Tapıntı Jayıq-Xəzər Regionlararası Hövzə Balıqçılıq Müfəttişliyi ilə Manqistau vilayəti Balıqçılıq İdarəsinin əməkdaşlarının keçirdiyi birgə reyd zamanı qeydə alınıb.

Nazirlikdən bildirilib ki, hadisənin səbəblərini aydınlaşdırmaq və lazımi tədbirləri görmək məqsədilə ayrıca komissiya təşkil olunub.

Ekologiya departamentinin mütəxəssisləri araşdırma çərçivəsində Xəzər dənizindən su nümunələri götürüblər. Bildirilib ki, ərazidə monitorinq işləri hazırda da davam etdirilir.

Related posts

Azərbaycan 2025-ci ildə karbon emissiyasını 0,8 milyon ton azaldıb

Editor

Azərbaycanda ov mövsümü oktyabrın 10-dan başlayır

Editor

BMT: Çürüyən qida tullantıları aviasiyadan beş qat çox istixana qazı yaradır

Editor

Şərh yazın

IP geolocation by DB-IP