Ov mövsümü oktyabrın 10-dan başlayır: qaydalar
carci.news
Azərbaycanda səyahətEkologiyaTourism-azTurizm

Azərbaycanda ov mövsümü oktyabrın 10-dan başlayır

Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ölkədə ov mövsümünün oktyabrın 10-dan açıq elan olunması qərara alınıb. Qaydalara əməl etməyən ovçular məsuliyyətə cəlb edilə bilər.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşı Rəşad Allahverdiyev bildirib ki, ovlanmasına icazə verilən heyvan və quş növləri, habelə onların ovlanma müddətləri və normaları barədə ətraflı məlumatı vətəndaşlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsindəki “Elanlar” bölməsindən əldə edə bilərlər.

O, ov həvəskarlarına müraciət edərək bildirib ki, ov zamanı mövcud normativ tələblərə riayət olunmalı, ovçuluq fəaliyyəti yalnız bu məqsədlə ayrılmış ərazilərdə və təsərrüfatlarda həyata keçirilməlidir.

Related posts

Azərbaycan 2025-ci ildə karbon emissiyasını 0,8 milyon ton azaldıb

Editor

Xəzər dənizinin səviyyəsi 48 ildə görünməyən həddə enib

Editor

RBC: Rusiyalı investorlar Bakı kurort bazarına diqqəti artırır

Editor

Şərh yazın

IP geolocation by DB-IP