Bakı, tarixində ilk dəfə 15 yaşadək futbolçular üçün dünya çempionatı və festivalına ev sahibliyi edir. Yarışda 189 ölkənin komandaları mübarizə aparacaq, Azərbaycanı isə Famil Xəlilovun rəhbərlik etdiyi U-16 yığması təmsil edəcək.
Bakıda FIFA U-15 dünya çempionatı start götürür. Tədbir çərçivəsində 189 ölkənin nümayəndələri meydana çıxacaq və cəmi minə yaxın görüş keçiriləcək. Açılış-bağlanış tədbirləri ilə yanaşı, turnirin birinci və sonuncu qarşılaşmaları “Kristal Zal” məkanında təşkil ediləcək.
Ölkəmizi yarışda Famil Xəlilovun başında olduğu U-16 milli komandası təmsil edəcək. Yığma “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste komandaları ilə eyni qrupda yer alıb və onlarla rəqabət aparacaq.
Millimizin turnirdəki debüt matçı Timor-Leste yığması ilə saat 19:30-da oynanılacaq. Dünya çempionatının rəsmi açılışı isə eyni gün saat 19:00-da “Kristal Zal”da baş tutacaq.
