Azərbaycan bu ilin yanvar-sentyabr aylarında tütün və onun sənaye əvəzedicilərinin ixracından 61,15 milyon ABŞ dolları qazanıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 41,7 faiz çoxdur.
Eyni dövrdə ölkəyə 111,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzedicisi gətirilib. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 16,8 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin verdiyi rəqəmlərə əsasən, bu məhsul qrupu üzrə idxal ölkənin ümumi idxalının 0,84 faizini, ixrac isə ümumi ixracın 0,26 faizini təşkil edib.
Ümumi xarici ticarət dövriyyəsi
Azərbaycan yanvar-sentyabr aylarında xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb. Keçən ilin eyni dövrü ilə müqayisədə dövriyyə 5,2 faiz böyüyüb.
Bu məbləğin 23 milyard 865 milyon dolları ixracın, 13 milyard 346 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ümumi ixrac 28,3 faiz artarkən, idxal 20,4 faiz azalıb.
Həmçinin oxuyun: Meyvə-tərəvəz ixracından gəlir 9 ayda 11,4 % artıb
