Selcan Babayeva Avropa çempionu adını qazandı
carci.news
Güləş və döyüş idmanı

Gənc karateçimiz Belçikada Avropa çempionu adını qazanıb

Azərbaycanlı idmançı Selcan Babayeva Belçikada təşkil olunan kyokuşin karate üzrə qitə birinciliyində 18 yaşadək idmançılar arasında 60 kiloqramdan artıq çəki kateqoriyasında birinci yerə yiyələnib.

Azərbaycan Karate Federasiyasının “Kyokuşin (KAY) SENŞİ karate” üslubu üzrə yığmasını təmsil edən Selcan Babayeva Belçikada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. O, yarış boyunca qarşılaşdığı bütün rəqiblərinə qalib gələrək podiumun zirvəsinə yüksəlib.

Beləliklə, gənc idmançı kyokuşin karate üzrə Avropa çempionu titulunun sahibi olub.

Həmçinin oxuyun: Azərbaycanlı üç gənc boksçu Avropa çempionatının finalına çıxıb | Fərhad Rəcəbli veteranlar arasında 12-ci dəfə Avropa çempionu olub

Related posts

Səidcamşid Cəfərov Avropa çempionu adını qazanıb

rashadamiraliyev

Fərhad Rəcəbli veteranlar arasında 12-ci dəfə Avropa çempionu olub

Editor

Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP