Azərbaycanlı cüdoçu Fərhad Rəcəbli Portuqaliyanın Portiman şəhərində keçirilən veteranlar arasında cüdo üzrə Avropa çempionatında 90 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Fərhad Rəcəbli M8 yaş kateqoriyasında bütün rəqiblərini məğlub edərək çempionatın qalibi adını alıb. Bu, idmançının karyerasında 12-ci Avropa çempionu tituludur.
Qeyd edək ki, Fərhad Rəcəbli daha əvvəl 12 dəfə dünya çempionu olub. Portimanda keçirilən yarışda Azərbaycanı 15 idmançı təmsil edir.
Veteranlar arasında cüdo üzrə Avropa çempionatı 25 oktyabr tarixinədək davam edəcək.
Həmçinin oxuyun: Məhəmmədəli İstamov U-17 Avropa çempionu olub | U-17 Avropa çempionatı: Cəmilə Muradlı qızıl, Səma Abbasova gümüş medal qazanıb
