İpoteka krediti 9 ayda 371 milyon manata çatıb
carci.news
Maliyyə və bank

Azərbaycanda 9 ayda dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə bu ilin yanvar-sentyabr aylarında 370,7 milyon manat ipoteka krediti verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 9 ayda verilən ipoteka kreditlərinin həcmi 370,7 milyon manata çatıb. Eyni zamanda, Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 5,6 faiz azalaraq 289,3 milyon manat təşkil edib.

Hesabat dövründə İKZF-nin istiqraz buraxılışı yolu ilə cəlb etdiyi vəsaitin həcmi 27,3 faiz azalaraq 400 milyon manata düşüb. Bununla yanaşı, dövlət büdcəsindən Fonda ayrılan vəsaitin məbləği 33,4 faiz artaraq 63,9 milyon manata yüksəlib.

Related posts

AMB sədri: valyuta ehtiyatları 41 ay idxalı təmin edə bilər

rashadamiraliyev

Xarici vətəndaşların bank vəsaitləri manatlarla 1,58 milyardı ötüb

rashadamiraliyev

Kərimov Bankokda IMF, ADB və BSTDB nümayəndələri ilə büdcə islahatlarını müzakirə edib

Editor

Şərh yazın

IP geolocation by DB-IP