Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanda 95 875 uşaq diri doğulub ki, bu da 2024-cü illə müqayisədə 6 435 nəfər azdır.
Statistikaya əsasən, 2024-cü ildə ölkədə 102 310 uşaq dünyaya gəlmişdi. Beləliklə, bir il ərzində doğulan uşaqların sayında nəzərəçarpacaq azalma qeydə alınıb.
2025-ci ildə doğulan uşaqların cins tərkibinə görə bölgüsü də açıqlanıb. Belə ki, 50 914 oğlan, 44 961 isə qız uşağı doğulub.
